Rəşid Behbudov küçəsindəki xətlənmə çaşqınlıq yaratdı - Video

resid-behbudov-kucesindeki-xetlenme-casqinliq-yaratdi
Oxunma sayı: 5953

Paytaxtın Nəsimi rayonu ərazisində - Rəşid Behbudov küçəsində aparılmış yeni xətlənmə sürücülərdə çaşqınlıq yaradıb.

“Qafqazinfo” xəbər verir ki, küçənin Mərkəzi Bankın qarşısından keçən hissəsindən video paylaşan taksi sürücüləri buradakı qoşa xəttin onların hərəkətinə maneə olduğunu bildiriblər.

Xəbəri rus dilində oxuyun: Новая разметка в центре Баку запутала водителей - ВИДЕО

Belə ki, küçədə yeni çəkilmiş velosiped zolağı ilə taksi dayanacağı ərazisini ayıran yerdə dönmə üçün uyğun şərait yoxdur. Taksi sürücüləri bu halın onların cərimələnməsinə səbəb ola biləcəyini və normal fəaliyyətlərinə maneə yaradacağını deyiblər.

Məsələ ilə bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən sorğumuza cavab olaraq bildirilib ki, ərazidə işlər davam etdirilir: “Paytaxtın Rəşid Behbudov küçəsində zolaqların sayı saxlanılmaqla mikromobillik zolağı təşkil edilib. Zolaq 28 May küçəsindən Şəmsi Bədəlbəyli küçəsinə kimi bir hissəni əhatə edir. Növbəti mərhələdə isə Rəşid Behbudov küçəsi boyu zolaq uzadılacaq. Ərazidə müvafiq nişanlar da quraşdırılacaq. Görülən işlər çərçivəsində ərazidə taksilərin dayanması üçün şərait saxlanılır.  Belə ki, taksi nəqliyyat vasitələri mikromobillik zolağına yanaşı - sol tərəfdə onlar üçün ayrılan yerdə dayana bilərlər”.