Qrenlandiyanın ilhaqına dair qanun layihəsi Konqresə təqdim olundu

qrenlandiyanin-ilhaqina-dair-qanun-layihesi-konqrese-teqdim-olundu
Oxunma sayı: 214

ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Rendi Fayn Qrenlandiyanın Amerika Birləşmiş Ştatlarına birləşdirilməsi və ona dövlət (ştat) statusunun verilməsini nəzərdə tutan qanun layihəsini Konqresə təqdim edib.

“Qafqazinfo” xəbər verir ki, sənəd qəbul olunacağı təqdirdə, Prezident Donald Trampa adanın ilhaqı və birləşdirilməsi prosesini təşkil etmək üçün geniş səlahiyyətlər veriləcək.

Qeyd edək ki, “Qrenlandiyanı Yenidən Möhtəşəm Et” (Make Greenland Great Again) adlandırılan bu təşəbbüs artıq bir qrup konqresmen tərəfindən dəstəklənib.