“Comex” birjasında qızılın qiyməti tarixi rekordu yeniləyib.
“Qafqazinfo” xəbər verir ki, 2026-cı ilin fevral ayı üzrə qızıl fyuçerslərinin qiymətləri ilk dəfə bir troya unsiyası üçün 4958 ABŞ dolları ötüb.
Qeyd edək ki, bir neçə gün əvvəl qızılın unsiyası 4 699,15 dollar səviyyəsinə qalxmışdı. Bu, ABŞ Prezidenti Donald Trampın Qrenlandiya ilə bağlı açıqlamaları fonunda baş vermişdi. Belə ki, ABŞ-Aİ ticarət müharibəsi riski və qlobal bazarlarda qeyri-müəyyənlik, təhlükəsiz sığınacaqlara artan tələbat fonunda qızılın qiymətində yeni rekord qeydə alınmışdı.
Son xəbərlər
Son Xəbərlər