Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putinə Fransada bu gün başlayacaq “Yeddilik Qrupu” (G7) sammitində görüşməyi təklif etdiyini bildirib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “Reuters” məlumat yayıb.
Zelenski ABŞ-nin Putini sammitdə görüşə dəvət etməyə razılaşdığını açıqlayıb.
“Biz G7 sammiti zamanı Putinlə görüşməyə hazır olduğumuzu açıq şəkildə bildirdik, çünki Tramp və Makron orada olacaqlar, yəni avropalılar və amerikalılar. Bu, hər kəsin bir yerdə görüşməsi üçün yaxşı, məncə, çox yaxşı fürsətdir”, - Ukrayna lideri deyib.
Onun sözlərinə görə, Avropa və ABŞ razılığa gəlib, lakin Rusiya dialoqa hazır olmadığını nümayiş etdirib.
Son xəbərlər
Son Xəbərlər