İranın müxtəlif şəhərlərində on minlərlə şəxs ölkə rəhbərliyinə dəstək üçün aksiyaya başlayıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı “Associated Press” agentliyi yayıb.
Bildirilib ki, əllərində İran bayrağı və ölkənin ali rəhbəri Əli Xameneinin portretləri olan aksiya iştirakçıları ABŞ və İsrail əleyhinə şüarlar səsləndiriblər.
Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb.
Onu da bildirək ki, İran Prezidenti Məsud Pezeşkian ötən gün televiziya vasitəsilə xalqa müraciət edərək ölkə əhalisini İslam Respublikasına və onun rəhbərliyinə dəstək nümayiş etdirməyə çağırmışdı.
Son xəbərlər
Son Xəbərlər