Papaya son diaqnoz qoyuldu

papaya-son-diaqnoz-qoyuldu
Oxunma sayı: 1600

Həkimlər Roma Papası XIV Leonun diaqnozunu dəqiq müəyyən ediblər.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Müqəddəs Taxt-Tacın Mətbuat Xidməti məlumat yayıb.

Histoloji və molekulyar-bioloji analizlərin nəticələri təsdiqləyib ki, cərrahi əməliyyat zamanı xaric edilən bədxassəli törəmə ağciyərin lokalizə olunmuş adenokarsinoması olub.

Bildirilir ki, onkoloji qiymətləndirmə Papanın əlavə müalicəyə ehtiyacı olmadığını göstərir.

Bununla da, cərrahi əməliyyatdan sonrakı tibbi müşahidə dövrü başa çatmış olur.