ABŞ Prezidenti Donald Trump keçmiş prezidentlər Barak Obama və Co Baydenlə birlikdə Ağ Evdə futbol matçına baxmaq ideyasını irəli sürüb.
“Qafqazinfo” xəbər verir ki, o, bu sözləri Uşa Venslə söhbəti zamanı bildirib.
O, keçmiş prezidentləri Ağ Evə dəvət edərək birlikdə futbol oyunu izləməyin maraqlı görüntü yaradacağını vurğulayıb.
“Bəlkə Barak Obama, Co Bayden və Buşu – ya da Buşları – futbol matçına baxmaq üçün Ağ Evə dəvət edim. Bu, gözəl hekayə olmazdımı? Mətbuat buna görə çılğına dönər”, – deyə Tramp zarafatla bildirib.
Son xəbərlər
Son Xəbərlər