“Netflix” istifadəçi vərdişlərini dəyişdirəcək yeni model üzərində işləyir. Şirkətin platformaya canlı yayımlanan tematik kanallar əlavə etməyi və müxtəlif rəqəmsal xidmətlərdən məzmun təqdim etməyi planlaşdırdığı bildirilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.
Bildirilir ki, “Netflix” klassik “seç və izlə” modelindən qismən uzaqlaşaraq televiziyaya bənzər fasiləsiz yayım sisteminə keçidi nəzərdən keçirir.
Yeni sistemdə istifadəçilər film və serialları özləri axtarmaq əvəzinə, müəyyən mövzularda davamlı yayımlanan kanalları izləyə biləcəklər. Məqsəd izləyicilərin platformada daha çox vaxt keçirməsini təmin etməkdir.
“Netflix” həmçinin fərqli rəqəmsal xidmətlərin məzmununu bir tətbiqdə birləşdirməyi də müzakirə edir. Şirkət son illərdə reklamlı abunə paketləri və canlı idman yayımları ilə ənənəvi yayım modelindən uzaqlaşmağa başlayıb.
Yeni planlar həyata keçirilərsə, “Netflix” gələcəkdə televiziyaya bənzər, daim aktiv olan rəqəmsal əyləncə platformasına çevrilə bilər.
Son xəbərlər
Son Xəbərlər