Türkiyədə aparılan narkotik istintaqı çərçivəsində saxlanılan bəzi məşhurların analizlərinin nəticələri açıqlanıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Türkiyə KİV məlumat yayıb.
Ekspertiza nəticələrinə əsasən, aktyor Onur Tuna və sosial media fenomeni Özgür Deniz Cellatın nümunələrində marixuananın təsiredici maddəsi olan THC aşkarlanıb.
Zehra Hanzade Gürkanların qan və saç analizlərində isə kokain izləri müəyyən edilib.
Qeyd edək ki, əməliyyat zamanı məşhur müğənnilər Mabel Matiz və Berkay Şahin, aktyor Onur Tuna, aktrisalar Feyza Civelek və Serenay Sarıkaya, model Aslıhan Turanlı və tanınmış baş məşqçi Fatih Terimin sabiq kürəkəni Volkan Bahçekapılı da daxil olmaqla bir çox tanınmış saxlanılmışdı.
Son xəbərlər
Son Xəbərlər