“Mühüm mərhələyə gəlmişik” - Zelenski

muhum-merheleye-gelmisik
Oxunma sayı: 987

Ukrayna Prezidenti Volodimir Zelenski təhlükəsizlik zəmanətləri ilə bağlı ABŞ ilə aparılan danışıqlarda mühüm mərhələyə gəldiklərini açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, Ukrayna lideri bu barədə teleqram kanalında paylaşım edib.

Məlumata görə, V. Zelenski Ukrayna nümayəndə heyətinə sözügedən sənədin mətnini yekunlaşdırmaq və müzakirə üçün şəxsən ABŞ Prezidenti Donald Trampa təqdim etmək tapşırığını verib.

Qeyd edək ki, Zelenski sənədi “tarixi əhəmiyyətə malik” adlandıraraq, mətnin hazırkı səviyyəsinin bu statusa tam cavab verdiyini vurğulayıb.