Məlumatları tapıb fidyə tələb edir - Yeni nəsil kibertəhlükə

melumatlari-tapib-fidye-teleb-edir
Oxunma sayı: 651

Kibertəhlükəsizlik mütəxəssisləri süni intellektlə işləyən və insan müdaxiləsi olmadan fəaliyyət göstərə bilən ilk tam avtonom fidyə proqramı aşkarlayıblar.

“Qafqazinfo” xəbər verir ki, “Jade Puffer” adlı zərərli proqram sistemə müstəqil şəkildə daxil olur, həssas məlumatları müəyyənləşdirir və fidyə tələbi hazırlayır.

Mütəxəssislərin sözlərinə görə, proqram hücum prosesinin əsas mərhələlərini operatorun birbaşa iştirakı olmadan həyata keçirə bilir.

Ekspertlər hesab edirlər ki, bu hadisə kibertəhlükəsizlik sahəsində yeni mərhələnin başlanğıcıdır. Onların fikrincə, süni intellektin kiberhücumlarda istifadə imkanlarının artması təşkilatları müdafiə sistemlərini yenidən nəzərdən keçirməyə məcbur edəcək.

Bununla yanaşı, qeyd olunur ki, hazırda “Jade Puffer”in real hücumlarda geniş miqyasda tətbiq edildiyinə dair təsdiqlənmiş sübut yoxdur.

Zərərli proqram əsasən təhlükəsizlik araşdırmaları zamanı müəyyən edilib və onun imkanları kibercinayətkarların gələcəkdə süni intellektdən daha geniş istifadə edə biləcəyini göstərir.