Kokain istehsalı laboratoriyasında partlayış - 9 ölü, 8 yaralı

kokain-istehsali-laboratoriyasinda-partlayis
Oxunma sayı: 6

Kolumbiyada kokain istehsal edilən laboratoriyada baş verən partlayış nəticəsində 9 nəfər ölüb, 8 nəfər yaralanıb. 

“Qafqazinfo” AFP-yə istinadən xəbər verir ki, partlayış Narino departamentinin qanunsuz silahlı qruplaşmalarının fəaliyyət göstərdiyi bölgəsində qeydə alınıb. 

İlkin məlumata əsasən, hadisə narkotik istehsalı zamanı qaz balonunun partlaması nəticəsində baş verib.

Qeyd edək ki, laboratoriyanın partladığı bölgə uzun illər boyu kokainin Meksika kartelləri vasitəsilə Amerika Birləşmiş Ştatlarına (ABŞ) qaçaqmalçılığı üçün həlledici əhəmiyyət daşıyıb. 

Xatırladaq ki, daha əvvəl ABŞ Prezidenti Donald Tramp Kolumbiya lideri Qustavo Petronu kokain istehsal edərək ABŞ-yə göndərməkdə ittiham edib. Bundan bir neçə gün sonra isə iki dövlət başçısının Ağ Evdə görüşəcəyi elan olunub