İyulun 9-na qədər yağış yağacaq - Xəbərdarlıq

iyulun-9-na-qeder-yagis-yagacaq
Oxunma sayı: 4187

Azərbaycanın bəzi rayonlarında müşahidə olunan yağıntılı hava şəraiti iyulun 9-u gündüzədək davam edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin yaydığı xəbərdarlıqda bildirilib.

Qeyd edilib ki, ayrı-ayrı yerlərdə dolu düşəcəyi, yağışın intensiv olacağı, şimal və qərb rayonlarında isə güclənəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından isə qısamüddətli sel keçəcəyi ehtimal olunur.