İranda saxlanılan etirazçı edam ediləcək

iranda-saxlanilan-etirazci-edam-edilecek
Oxunma sayı: 2021

İranda hazırda davam edən etiraz aksiyaları çərçivəsində saxlanılan Erfan Soltani barəsində ölüm hökmü çıxarılıb.

“Qafqazinfo” “JFeed” portalına istinadən xəbər verir ki, 26 yaşlı E.Soltani yanvarın 14-də edam ediləcək.

Bildirilib ki, o, yanvarın 9-da Kərəc şəhərində saxlanılıb. Bununla yanaşı, ona qarşı sürülən ittihamlar da məlum deyil.

Xatırladaq ki, İranda etiraz aksiyaları dekabrın 28-dən davam edir. İlk olaraq aksiyaçılar ölkədəki iqtisadi vəziyyətə və milli valyutanın dəyərinin enməsinə etiraz etsələr də, hadisələr daha sonradan siyasi xarakter alıb. 

“Reuters” agentliyinin məlumatına görə, aksiyalar zamanı 490 etirazçı və təhlükəsizlik qüvvələrinin 48 nümayəndəsinin öldüyü təsdiqlənib. Bundan əlavə, iki həftədir davam edən etirazlarda 10600-dən çox insan həbs olunub.