“İran rəsmiləri mənə zəng etdi”

iran-resmileri-mene-zeng-etdi
Oxunma sayı: 824

“İranın yüksəkvəzifəli rəsmiləri mənə zəng edərək, bombardmanı dayandırmağımızı istədilər”.

“Qafqazinfo” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Fox News”a açıqlamasında deyib.

O, açıqlamasında hücumların tezliklə dayandırılacağını deyib.

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) isə İran rəsmiləri ilə ABŞ Prezidenti Donald Tramp arasında hər hansı birbaşa əlaqənin mövcudluğu barədə iddiaları qəti şəkildə təkzib edib.

SEPAH bu iddiaları “tamamilə yalan” adlandırıb.

Qurum eyni zamanda bu xəbərləri “müharibədən yayınmaq üçün aparılan informasiya manipulyasiyası və gizlətmə cəhdi” kimi qiymətləndirib.