İran milli komandasının Meksikanın Tiyuana şəhərindəki təlim-məşq bazasının yaxınlığında cəsəd aşkar olunub.
“Qafqazinfo” xəbər verir ki, cəsəd supermarket dayanacağında olan avtomobilin baqajında tapılıb.
Meksika prokurorluğu cəsədin qara torbaya büküldüyünü və zorakılıq əlamətləri olduğunu açıqlayıb.
Qeyd edək ki, İran millisi DÇ-2026-da Misir, Belçika və Yeni Zelandiya ilə birlikdə G qrupunda yer alır.
Son xəbərlər
Son Xəbərlər