“iPhone”a rəqib smartfon hazırlayır?

iphonea-reqib-smartfon-hazirlayir
Oxunma sayı: 14

Amerikalı iş adamı, İlon Mask SpaceX şirkətinin süni intellekt əsaslı mobil cihaz hazırladığı barədə yayılan məlumatları təkzib edib.

“Qafqazinfo” xəbər verir ki, iddialar “The Wall Street Journal”ın “SpaceX”in investorlara süni intellekt funksiyalarına malik, “iPhone”dan daha nazik yeni cihazın prototipini təqdim etdiyi haqda yazısından sonra gündəmə gəlib.

Nəşrin iddiasında, cihazın “xAI” texnologiyaları, “Qualcomm” prosessoru və xüsusi əməliyyat sistemi ilə təchiz olunacağı bildirilirdi.

İlon Mask isə “X” hesabında yayımladığı paylaşımda bu məlumatları təkzib edib və qeyd edib ki, “SpaceX” belə bir cihaz hazırlamır.