İlk dəfə dördüncü övladının fotolarını paylaşdı - 3 milyon “like” topladı

ilk-defe-dorduncu-ovladinin-fotolarini-paylasdi
Oxunma sayı: 2226

Amerikalı tanınmış reper Kardi Bi ilk dəfə dördüncü övladının adını açıqlayıb və görüntülərini paylaşıb. 

“Qafqazinfo” xəbər verir ki, oğlunun ilk ad günü münasibətilə sosial şəbəkə hesabında etdiyi paylaşımda Kardi Bi onun adının Qrey Marşen Diqqs olduğunu bildirib. 

“İlk ad günün mübarək, Qrey Marşen Diqqs! Səninlə ilk dəfə tanış olmağımdan cəmi bir il keçib, amma elə hiss edirəm ki, sanki sən hər zaman yanımda olmusan. Səni həyatımın ən qeyri-müəyyən və gərgin dövrlərindən birində bətnimdə daşıyırdım, amma sən bətnimdə olaraq mənə əlavə güc verirdin. Mən səni böyüdürdüm, sən isə mənə həyat verirdin! Sən boz günlərə yeni məna gətirdin. Sən gülüşün və qiymətli ruhunla həyatımı işıqlandırırsan”, - 34 yaşlı müğənni yazıb. 

O, 160 milyon izləyicisi olan “Instagram” hesabında etdiyi həmin paylaşıma övladının bir neçə şəklini də əlavə edib. Paylaşım isə 15 saat ərzində 3 milyon bəyənmə toplayıb.

Qeyd edək ki, 1 yaşı tamam olan Qrey Kardi Bi və amerikan futbolu ulduzu Stefon Diqqsin ilk övladıdır. Uşaq 2025-ci il noyabrın 4-də anadan olub, 2026-cı ilin fevralında isə reper idmançı ilə ayrıldığını açıqlayıb. Sənətçinin keçmiş həyat yoldaşı Offsetdən 3 övladı - Kalçe və Blossom adlı iki qızı, həmçinin Ueyv adlı oğlu var.