“Həyat daim yenidən başlamaqdan ibarətdir...”

heyat-daim-yeniden-baslamaqdan-ibaretdir
Oxunma sayı: 1337

Dünyaşöhrətli italyan aktrisa və dəb ikonası Monika Belluççi “Harper’s Bazaar Türkiye” jurnalının noyabr sayının üz qabığı və xüsusi fotosessiyasının qəhrəmanı olub.

“Qafqazinfo” xəbər verir ki, 62 yaşlı ulduz Parisdə lentə alınan fotolarda altı fərqli obrazda kamera qarşısına keçib. Onun üslubu üzərində tanınmış türkiyəli stilist İnan Kırdemir işləyib.Şəkillərin müəllifi isə italyan fotoqraf Rikkardo Apostolikondur.

Qırmızı xalı üzərində uzanaraq poz verən Monikanın əynindəki geyim xüsusi diqqət çəkib. Aktrisa çəkiliş üçün məşhur lüks moda evi “Alaïa” brendinin yaradıcı direktoru Piter Mulier tərəfindən dizayn edilmiş asimmetrik, bej rəngli merinos kürk paltonu üstün tutub. Bu palto hazırda lüks satış platformalarında təxminən 15 000 avroya (28 645 50 AZN) təklif olunur.

Belluçi jurnala verdiyi müsahibədə həyata baxışını bu sözlərlə ifadə edib: “Həyat daim yenidən başlamaqdan ibarətdir, çünki biz həmişə qəbul etməli olduğumuz dəyişikliklərlə qarşılaşırıq. İşin gözəlliyi də elə bundadır”.