Venesuelada baş verən güclü zəlzələdən sonra dağıntılar altında qalan 43 yaşlı mühafizəçi Hernan Alberto Gil Flores səkkiz gün sonra xilas edilib.
“Qafqazinfo” xəbər verir ki, xilasedicilər onunla təxminən üç gün əvvəl əlaqə yarada biliblər.
Yeri müəyyən olduqdan sonra dar bir tunel vasitəsilə ona su və qida çatdırılıb.
ABŞ, Çili, Kosta-Rika, Meksika, Portuqaliya və Venesuela da daxil olmaqla bir neçə ölkədən gələn qruplar 100 saatdan çox işləyərək onu dağıntılar altından çıxarıblar.
Hernan Gil Floresin sağ xilas edilməsi faciənin fonunda möcüzə kimi qiymətləndirilir.
Son xəbərlər
Son Xəbərlər