Göygöldə torpaq uçqunu - Avtomobil yolunda çətinliklər yarandı

goygolde-torpaq-ucqunu
Oxunma sayı: 436

Göygöl rayonunda yağan güclü yağış ciddi problemlərə səbəb olub.

“Qafqazinfo”nun məlumatına görə, rayonun Aşıqlı kəndi ərazisində torpağın bir hissəsi uçub,həmçinin iri ağac əraziyə aşıb.

Nəticədə Gəncə-Göygöl-Kəlbəcər yolu qismən bağlanıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlərə başlanılıb.

Yunis Quliyev