Rusiya Prezidenti Vladimir Putinlə ABŞ liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff arasında görüş keçirilib.
“Qafqazinfo” TASS-a istinadən xəbər verir ki, Sankt-Peterburqda keçirilən görüş 3 saata yaxın davam edib.
Danışıqlarda həmçinin Rusiya prezidentinin xarici ölkələrlə iqtisadi-investisiya əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Kirill Dmitriyev də iştirak edib.
Bildirilib ki, tərəflər görüş zamanı bir sıra məsələlərlə yanaşı Ukraynadakı müharibənin nizamlanması məsələsini müzakirə ediblər.

Son xəbərlər
Son Xəbərlər