“Fransa Hərbi Dəniz Qüvvələri Aralıq dənizində Rusiyaya məxsus sanksiyalı neft tankerini ələ keçirərək saxlayıb”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron sosial şəbəkə hesabındakı paylaşımında bildirib.
O, əməliyyatın beynəlxalq hüquq normaları çərçivəsində həyata keçirildiyini bəyan edib:
“Heç bir pozuntuya dözməyəcəyik. Bu səhər Fransa donanması beynəlxalq sanksiyalar altında olan və saxta bayraq altında gəzdirməkdə şübhəli bilinən Rusiyadan gələn neft tankerini saxladı. Əməliyyat müttəfiqlərimizin, xüsusilə Böyük Britaniyanın kəşfiyyat dəstəyi ilə və BMT-nin Dəniz Hüququ Konvensiyasına uyğun olaraq həyata keçirilib”.
Prezident həmçinin vurğulayıb ki, Rusiyanın “kölgə donanması”nın fəaliyyəti birbaşa Ukraynaya qarşı aparılan təcavüzkar müharibənin maliyyələşdirilməsinə xidmət edir:
“Artıq gəmi ilə bağlı məhkəmə prosesi başlayıb və o, ətraflı yoxlanış üçün Fransa limanına yönləndirilib. Ekipaj üzvlərinin Hindistan vətəndaşları olduğu bildirilir”.
Xatırladaq ki, yanvarın əvvəlində ABŞ də bənzər səbəblərlə Rusiyaya bağlı bir neçə tankeri Karib dənizi hövzəsində saxlamışdı.
Son xəbərlər
Son Xəbərlər