Dumana görə dayandırılan matçın tarixi açıqlandı

dumana-gore-dayandirilan-matcin-tarixi-aciqlandi
Oxunma sayı: 1213

Misli Premyer Liqasının 14-cü turundan təxirə salınmış “Qəbələ” – “Turan Tovuz” görüşünün vaxtı açıqlanıb.

“Qafqazinfo” PFL-in saytına istinadən xəbər verir ki, görüş fevralın 24-də keçiriləcək və saat 15:00-da başlayacaq. 

Xatırladaq ki, ötən il dekabrın 25-də oynanılan "Qəbələ" - "Turan Tovuz" matçı qatı duman səbəbindən 24-cü dəqiqədə yarımçıq dayandırılmışdı. PFL-in qərarına əsasən, görüş yeni oyun kimi keçiriləcək. Klublar görüşdə sifariş vərəqəsində mövcud olan futbolçulardan istifadə edəcəklər. 24-cü dəqiqədə dayandırılmış oyun üçün qüvvədə olan cəzalar Misli Premyer Liqasının növbəti oyunlarına şamil ediləcək.

24 fevral (çərşənbə axşamı)

15:00.“Qəbələ” – “Turan Tovuz”
Qəbələ şəhər stadionu