Demokrat namizədi təhqir etdi - “Donuz kimidir” - Video

demokrat-namizedi-tehqir-etdi
Oxunma sayı: 175

ABŞ Prezidenti Donald Tramp Demokrat Partiyasının Senat seçkilərində 72 faiz səs toplayan namizədi Qrem Platner barədə sərt açıqlama verib.

“Qafqazinfo” xəbər verir ki, Oval Ofisdə jurnalistlərin suallarını cavablandıran Tramp, Platneri hədəf alaraq onun haqqında tənqidi ifadələr işlədib.

Tramp çıxışı zamanı Platneri “donuza bənzətdiyini” deyib və daha sonra bu ifadəni daha da sərtləşdirərək, onu “tamamilə donuz kimi” adlandırıb: “O, tam donuz kimidir. Mən, adətən, insanlara yaxşı ləqəblər verirəm, amma ona vermək istəmirəm, çünki hətta donuzların da bundan inciyəcəyini düşünürəm”.

Qeyd edək ki, Trampın tənqid etdiyi Qrem Platnerin adı son dövrlərdə bir sıra qalmaqallarla hallanıb. Belə ki, onun svastika döyməsi olub (sonradan sildirib), evil olduğu müddətdə bir çox qadınla münasibəti olub, eləcə də, keçmiş sevgilisi tərəfindən təcavüzdə ittiham edilib.