Büdcənin icrası haqqında qanun qəbul edildi

budcenin-icrasi-haqqinda-qanun-qebul-edildi
Oxunma sayı: 732

“Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, sənədə əsasən, Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsinin icrası gəlirlər 39 184 560,9 min manat, xərclər 38 604 559,6 min manat məbləğində olmaqla müəyyən edilib.

Müzakirələrdən sonra sənəd səsverməyə qoyularaq üçüncü oxunuşda qəbul edilib. 

Nuranə Daxilqızı