İran İslam Respublikası Xarici İşlər Nazirliyi Almaniya, İtaliya və Fransa səfirlərini çağırıb.
“Qafqazinfo” xəbər verir ki, bu haqda İran XİN məlumat yayıb.
Nazirlik bu ölkələrin hökumətlərindən İran daxilində iğtişaşlara dəstək və təşviqi dayandırmağı tələb edib.
Qeyd edək ki, Böyük Britaniyanın Tehrandakı səfiri Hüqo Şorter Londonda baş vermiş insidentlə əlaqədar İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Son xəbərlər
Son Xəbərlər