Bu gün “Qarabağ” cavab oyununa çıxır

bu-gun-qarabag-cavab-oyununa-cixir
Oxunma sayı: 1403

Bu gün “Qarabağ” Avropa Liqasının 1-ci təsnifat mərhələsində “Vestri” ilə cavab oyununa çıxacaq.

“Qafqazinfo” xəbər verir ki, “Thróttarvöllur” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

Görüşü Çexiyadan olan hakimlər briqadası idarə edəcək.

Bu komandalar arasında ilk matçda Ağdam təmsilçisi 3:0 hesablı qələbə qazanmışdı. Cütün qalibi 2-ci təsnifat mərhələsində SSKA (Sofiya, Bolqarıstan) - “Derri Siti” (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Cütün məğlubu isə Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “Qlentoran” (Şimali İrlandiya) – RFS (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək. 

00:00. “Vestri” (İslandiya) – “Qarabağ” (Azərbaycan).

Hakimlər: Marek Radina, Kamil Hayek, Petr Kotalik, Daniel Vokoun.