Samuxda kütləvi zəhərlənmə hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayonun Alıuşağı kəndində qeydə alınıb.
Belə ki, 10-dan çox şəxs qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.
***
Zəhərlənənlər Gəncə Birləşmiş Xəstəxanasının nəzdində fəaliyyət göstərən Abbas Səhhət adına Xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənmə sakinlərdən biri tərəfindən bişirilmiş halvadan olub. Belə ki, hazırladığı halvanı qonşulara paylayan şəxsin ailə üzvləri də daxil olmaqla, 10-dan çox adam özünü pis hiss etdiyindən xəstəxanaya müraciət edib.
Həmin şəxslərin ad və soyadları aşağıdakı kimidir:
- Əliyeva Aysel Rəşid qızı (1998);
- Əliyeva Dəniz Cəmil qızı (2018);
- Əliyev Rza Cəmil oğlu (2019);
- Əliyev Cəmil Mehdi oğlu (1994);
- Əliyeva Zümrüd Cəmil (2017);
- Məmmədov Arif Cahangir oğlu (2011);
- Verdiyeva Afət Adəm qızı (2020);
- Verdiyeva Bəsti Hidayət (1995);
- Verdiyeva Gülay Adəm qızı (2018);
- Verdiyeva Ümid Adəm oğlu (2023);
- Məmmədova Gülxar İsa qızı (1960);
- Məmmədzadə Fatma Tapdıq qızı (2015).
Faktla bağlı araşdırma aparılır.
Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 15:30 radələrindən etibarən 7-si azyaşlı olmaqla 10 nəfər (4 kişi, 6 qadın) zəhərlənmə şübhəsi ilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdindəki Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Hazırda müalicələri davam etdirilir və vəziyyətləri orta-ağır qiymətləndirilir.
Yunis Quliyev
Son xəbərlər
Son Xəbərlər