“Qalatasaray” klubu komandadan ayrılan ulduz futbolçusu və kapitanı Mauro İkardi ilə bağlı olduqca duyğusal vida paylaşımı edib.
“Qafqazinfo” xəbər verir ki, klubun rəsmi paylaşımında argentinalı hücumçunun komandadan ayrılmasına baxmayaraq, azarkeşlərin qəlbində hər zaman xüsusi yeri olacağı vurğulanıb.
Paylaşımda İkardinin klub tarixində buraxdığı izlər bu sözlərlə ifadə edilib:
“Sevgili Mauro, bu gün ayrılıqdan deyil, bizə qoyub getdiyin mirasdan danışırıq. Artıq “Qalatasaray” formasını geyinməməyin qəlbimizdəki yerini dəyişməyəcək. Çünki sən 7-dən 70-ə hər bir “Qalatasaray” azarkeşinin qəlbində taxt qurmusan. Vurduğun qollar, qazandığın qol krallıqları, qırdığın rekordlar və qaldırdığın kuboklar bir yana, sən “Qalatasaray” həyəcanını yaşadın və milyonlarla insana yaşatdın. Sən artıq yalnız klub tarixinə adını qızıl hərflərlə yazdıran deyil, “Qalatasaray”ın unudulmaz əfsanələri arasında sonsuza qədər yaşayacaq bir dəyərsən. Bir nəsli “Qalatasaray”lı edən sevgili kapitan, bu gün uşaqlar fəxrlə “Qalatasaray”lıyam deyirsə, bunda sənin də böyük payın var. Bütün “Qalatasaray”lılar bilir ki, belə bir eşq unudulmaz”.
Son xəbərlər
Son Xəbərlər