Böyük Britaniyanın Baş naziri vəzifəsini icra edən Kir Starmer Kiyevə səfər edib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə Ukraynanın “Strana.ua” nəşri məlumat yayıb.
Bildirilir ki, bu, vəzifəsinin icrasını tamamlamasına 4 gün qalan Starmerin Kiyevə hökumət başçısı kimi sonuncu səfəridir. Onun səfər çərçivəsində Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlar aparacağı gözlənilir.
Baş nazirin ofisi Starmerin hökumət başçısı olduğu dövrdə Böyük Britaniyanın təşəbbüsü ilə “İstəklilər koalisiyası”nın formalaşdırıldığı, London və Kiyev arasında 100 illik tərəfdaşlıq sazişinin imzalandığı, Ukrayna tərəfinə hərbi sursatlar verildiyi, həmçinin 1400 nəfərdən çox fiziki və hüquqi şəxsə, o cümlədən gəmilərə qarşı sanksiyalar tətbiq edildiyi qeyd olunub.
Xatırladaq ki, 2024-cü ildən hökumət başçısı olan Kir Starmer iyunun 22-də tutduğu vəzifədən istefa verib. O, yeni Baş nazir seçilənə qədər vəzifəsini icra edir.
Son xəbərlər
Son Xəbərlər