Bayramov sabah Moskvaya gedəcək

bayramov-sabah-moskvaya-gedecek
Oxunma sayı: 319

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov iyulun 16-17-də Rusiyaya rəsmi səfər edəcək.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova  bildirib. 

Səfər zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar planlaşdırılıb. 

“İyulun 16-dan 17-dək Azərbaycan Respublikasının xarici işlər naziri rəsmi səfərlə Rusiya Federasiyasını ziyarət edəcək. Onun Rusiyanın xarici siyasət idarəsinin rəhbəri Sergey Lavrovla danışıqları baş tutacaq. İki ölkənin xarici siyasət idarələrinin rəhbərləri Rusiya-Azərbaycan münasibətlərinin mövcud vəziyyətini və inkişaf perspektivlərini, həmçinin bir sıra aktual regional və beynəlxalq məsələləri müzakirə edəcəklər”, - M.Zaxarova qeyd edib.