Bir ay öncə ev verilən qazi vəfat etdi - Foto

bir-ay-once-ev-verilen-qazi-vefat-etdi
Oxunma sayı: 1296

Birinci Qarabağ müharibəsi qazisi Üzeyir Məmmədov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, bu gün Ağdam rayonunun Qarağacı qəbiristanlığında dəfn olunub.

Bildirilib ki, qazi Ağdam şəhərinə qayıdan ilk sakinlərdən biri kimi Qarağacı qəbiristanlığında ilk dəfn olunan şəxsdir.

Qeyd edək ki, Ü. Məmmədov 1967-ci ildə Ağdam şəhərində anadan olub. Milli Qəhrəman Asif Məhərrəmovun (Fred Asif) yaratdığı 859 saylı batalyonda döyüşüb və 2 dəfə yaralanıb.

O, ötən ilin dekabrında Ağdam şəhərində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın sakinlərlə keçirdiyi görüşdə iştirak etmiş və dövlət başçısı tərəfindən evlə təmin edilmişdi.