BƏƏ-dəki üçtərəfli görüşün davamı sabah keçiriləcək - Yenilənib

bee-deki-ucterefli-gorusun-davami-sabah-kecirilecek
Oxunma sayı: 1685

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli görüş başlayıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “Sky News” telekanalı məlumat yayıb.

“Lakin ukraynalıların və rusların eyni otaqda olub-olmadığı hələ məlum deyil”, - məlumatda deyilir.

Xatırladaq ki, ötən gün Ukrayna Prezidenti Volodimir Zelenski BƏƏ-də Rusiya və ABŞ nümayəndələri ilə keçiriləcək üçtərəfli danışıqlarda ölkənin şərqindəki (Donetsk və Luqansk vilayətləri - red.) ərazi məsələlərinin müzakirə olunacağını açıqlamışdı.

***

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) paytaxtı Əbu-Dabidə Ukrayna, Rusiya və ABŞ nümayəndələrinin iştirakı ilə üçtərəfli sülh danışıqları başlayıb.

Bu barədə BƏƏ-nin xarici işlər naziri Abdulla bin Zaid Al Nahyan deyib.

O, danışıqların iki gün davam edəcəyini və münaqişənin həlli yolunda “nəzərəçarpan irəliləyiş” üçün ümidverici olduğunu bildirib.

***

Bu gün başlayan ilk raunddan sonra tərəflər müzakirələri yanvarın 24-də də davam etdirmək barədə razılığa gəliblər.

Bildirilib ki, danışıqlar konstruktiv şəraitdə keçir və iştirakçı tərəflərdən heç biri dialoqu dayandırmaq niyyətində deyil.