ABŞ onun da qaçırılmasını nəzərdən keçirir

abs-onun-da-qacirilmasini-nezerden-kecirir
Oxunma sayı: 966

ABŞ Kuba Prezidenti Migel Dias-Kanelin ələ keçirilərək ölkədən çıxarılması variantını da nəzərdən keçirir. 

“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Pentaqon rəhbəri Pit Heqset jurnalistlərlə söhbətində deyib.

“Bütün variantlar masa üzərindədir”- ABŞ-nin müharibə naziri bildirib. 

Bununla belə, o, yekun qərarın ABŞ Prezidenti Donald Tramp tərəfindən veriləcəyini əlavə edib. 

Xatırladaq ki, yanvarın 3-ü ABŞ hərbi qüvvələri Venesuelanın paytaxtı Karakasda və ətraf ştatlarda 11 strateji hədəfə genişmiqyaslı zərbələr endirib. Əməliyyat nəticəsində Prezident Nikolas Maduro xanımı Siliya Floreslə birlikdə ələ keçirilərək Nyu-Yorka aparılıb. Sabiq Venesuela liderinə qarşı narkoterrorizm və narkotik ticarəti ittihamları irəli sürülüb.