ABŞ-də 11 aylıq körpə it qəfəsində torpağa basdırıldı - Sağ tapıldı - Video

abs-de-11-ayliq-korpe-it-qefesinde-torpaga-basdirildi
Oxunma sayı: 1238

ABŞ-nin Cənubi Karolina ştatında atası tərəfindən qaçırılan 11 aylıq Koah Şarp adlı körpə torpağa basdırılmış it qəfəsinin içərisində möcüzəvi şəkildə sağ tapılıb.

“Qafqazinfo” xəbər verir ki, Leksinqton şəhər şerifi Brayan Kun keçirdiyi mətbuat konfransında 11 aylıq körpənin it qəfəsinin içərisində dəsmala bükülmüş halda tapıldığını açıqlayıb.

Şerif bildirib ki, qəfəsin büküldüyü dəsmal yeraltında kifayət qədər hava yerləri yaradıb və bu detal körpənin təxminən 24 saat torpaq altında sağ qalmasına imkan verib.

Atası Maykl Komer tərəfindən qaçırıldığı bildirilən körpə üçün bazar ertəsi günü polis, FTB və federal qrupların iştirakı ilə genişmiqyaslı axtarış əməliyyatına başlanılmışdı. Çərşənbə axşamı təxminən 100 nəfərdən ibarət axtarış qrupu şübhəlinin atasının evinin yaxınlığındakı meşəlik ərazidə yeni qazılmış torpaq sahəsi aşkar edib. Qazıntı zamanı xilasedicilər körpənin ağlamağını eşidərək onu dərhal torpaq altından çıxarıblar.

Xəstəxanaya çatdırılan 11 aylıq Koahın hazırda müalicəsi devam edir və səhhətinin yaxşılaşdığı bildirilir.

Körpənin atası Maykl Komer isə bazar ertəsi axşamı başqa bir oğurluq ittihamı ilə həbs olunaraq nəzarətə alınıb. Şerif və rayon prokurorluğunun şübhəliyə qarşı körpənin qaçırılması və həyatına qəsd edilməsi ilə bağlı yeni ağır ittihamlar üzərində işlədiyi qeyd edilir.