64 yaşlı kişi Həkəridə batdı - Hələ də axtarılır

64-yasli-kisi-hekeride-batdi
Oxunma sayı: 1652

Zəngilanda 64 yaşlı kişi Həkəri çayında boğulub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Həkəri çayının rayonun Ağalı kəndi ərazisindən keçən hissəsində baş verib.

Belə ki, 1962-ci il təvəllüdlü Həsənov Nüşrəvan Mehdi oğlu çayda çimərkən boğularaq ölüb.

Onun meytinin tapılması üzrə axtarış işləri davam edir. 

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı