24 yaşlı oğlanı cərəyan vurub öldürdü - Foto

24-yasli-oglani-cereyan-vurub-oldurdu
Oxunma sayı: 1407

Ağcabədidə 24 yaşlı oğlan elektrik cərəyanı vurması nəticəsində ölüb.

“Qafqazinfo” xəbər verir ki, hadisə keçmiş məcburi köçkünlər üçün salınmış 556 saylı qəsəbədə qeydə alınıb.

Belə ki, rayonun 2002-ci il təvəllüdlü Aşağı Avşar kənd sakini Vəli Əli oğlu Süleymanov qəsəbədə elektrik işləri apararkən onu elektrik cərəyanı vurub. Nəticədə V.Süleymanov hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Ziya Əmirxanlı