20 günün əsgəri vəfat etdi - Foto

20-gunun-esgeri-vefat-etdi
Oxunma sayı: 7549

Əsgər Əsədov Hüseyn Həmzə oğlu vəfat edib.

“Qafqazinfo” Metbuat.az-a istinadən xəbər verir ki, bu barədə mərhumun qohumları məlumat verib.

Hüseyn Əsədovun xəstəlikdən dünyasını dəyişdiyi bildirilir.

Qeyd edək ki, əsgər 20 gün əvvəl hərbi xidmətə çağırılmışdı. O, bu gün Binə qəbiristanlığında torpağa tapşırılıb.

***

Əldə etdiyimiz məlumata görə, H.Əsədov Dövlət Sərhəd Xidmətində (DSX) xidmət edib.