“Zirə” yeni futbolçu ilə anlaşıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Qartallar” Azərbaycan millisinin üzvü Ayxan Hüseynovu heyətinə qatıb.
Yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanıb.
Qeyd edək ki, 26 yaşlı futbolçu daha əvvəl Rusiyanın “Leninqradets”, “Nijni Novqorod”, “Ural”, “Olimp-Dolqoprudnu”, “Ximki” və ölkəmizin “Turan Tovuz” klubunda çıxış edib.
Son xəbərlər
Son Xəbərlər