Zəlzələyə görə Panamada eniş etməli oldular

zelzeleye-gore-panamada-enis-etmeli-oldular
Oxunma sayı: 779

İstanbul-Karakas reysini həyata keçirən təyyarə Venesueladakı zəlzələ səbəbindən Panamada məcburi eniş edib. 

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RİA Novosti” “Turkish Airlines” şirkətinin Mətbuat xidmətinə istinadən məlumat yayıb. 

Məlumata görə, buna səbəb Venesuela paytaxtında hava limanının bağlanmasıdır.

Tezliklə aviaşirkətin Venesuelaya uçuşlarla bağlı qərar qəbul edəcəyi bildirilir.

Xatırladaq ki, Venesuelada bir-birinin ardınca baş verən 7,2 və 7,5 bal gücündə iki güclü zəlzələ ölkədə geniş dağıntılara səbəb olub. Hadisədən sonra hökumət fövqəladə vəziyyət elan edib, paytaxt Karakas və ətraf bölgələrdə xilasetmə əməliyyatlarına başlanılıb.