Zelenski ilə görüşdən danışdı

zelenski-ile-gorusden-danisdi
Oxunma sayı: 817

ABŞ Prezidenti Donald Tramp Davosda Ukrayna lideri Volodimir Zelenski ilə keçirdiyi görüş haqda açıqlama verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Tramp Zelenski ilə görüşün yaxşı keçdiyini bildirib.

“Düşünürəm ki, Zelenski ilə görüş yaxşı keçdi”, -o, jurnalistlərə deyib.

Trampın sözlərinə görə, Ukraynadakı münaqişənin həlli üçün danışıqlar davam edir.

Qeyd edək ki, Trampla Zelenskinin görüşü 1 saatdan az davam edib. 

Ukrayna prezidentinin mətbuat katibi Sergey Nikiforov görüş barədə açıqlama verərək, ümumi danışıqların yaxşı keçdiyini deyib.