Zəhra Avropa çempionu oldu

zehra-avropa-cempionu-oldu
Oxunma sayı: 635

Azərbaycan cüdoçusu Zəhra Quliyeva yeniyetmələr arasında Avropa çempionu olub.

“Qafqazinfo” xəbər verir ki, bu haqda Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.

Zəhra finalda macarıstanlı Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalını qazanıb.