Zaqatalada iki nəfəri ilan sancdı - Biri öldü

zaqatalada-iki-neferi-ilan-sancdi
Oxunma sayı: 334

Zaqatalada iki nəfəri ilan sancıb, onlardan biri ölüb.

“Qafqazinfo” xəbər verir ki, hər iki hadisə rayonun Yuxarı Çardaxlar kəndində baş verib.

Belə ki, kənd sakini 49 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da əkin sahəsind  ilə məşğul olarkən onu ilan sancıb. M. Qurbanov yaxınlarının köməkliyi ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Yaralıya lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğundan o, Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndərilib. Həkimlərin səyinə baxmayaraq, M. Qurbanov ötən gün müalicə aldığı tibb müəssisəsində həyatını itirib.

Bundan başqa, Yuxarı Çardaxlar kəndində bu gün daha bir nəfəri, kənd sakini 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan sağ ayaq pəncəsindən sancıb. İ. Lələyev Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirlib. İ. Lələyevə lazımi ilkin tibbi yardım göstərilib.

Bildirilib ki, yaralının vəziyyəti nəzərə alınaraq müalicəsini davam etdirməsi üçün gün ərazində Bakıdakı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə göndəriləcək.

Mübariz Muradov