Yeni saç düzümü ilə gündəm oldu

yeni-sac-duzumu-ile-gundem-oldu
Oxunma sayı: 163

Tanınmış musiqiçi və prodüser, dünyaşöhrətli müğənni Selena Qomezin həyat yoldaşı Benni Blanko imicində etdiyi gözlənilməz dəyişikliklə sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, 38 yaşlı sənətçi “Goat Talk” proqramında yeni saç düzümü ilə görüntülənib. 

Saçlarını bir tərəfdən qırxdıran Benni yeni görünüşü ilə bağlı heç bir açıqlama verməyib.

Sosial şəbəkələrdə “Nə baş verir?”, “Çox pis görünür”, “Selena Qomezə yazığım gəlir” kimi çoxsaylı şərhlər yazılıb.

Qeyd edək ki, Selena Qomez ilə münasibətdə olan Benni Blanko 2024-cü ildə “People” jurnalının hazırladığı ilin ən cazibədar kişiləri siyahısına daxil edilmişdi.