“Xamenei ilə vidanın 4 iyulda da keçirilməsi təsadüfi deyil”

xamenei-ile-vidanin-4-iyulda-da-kecirilmesi-tesadufi-deyil
Oxunma sayı: 33

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarından İranda ölkənin mərhum Ali Lideri Seyid Əli Xameneinin vida mərasiminə start verilib. 

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı CNN telekanalında maraqlı xəbər paylaşılıb. 

Xəbərdə vida mərasiminin 4 iyul tarixində də keçirilməsinin təsadüfi olmadığı qeyd olunur. Bildirilir ki, bu tarixin seçilməsi simvolik siqnal kimi qəbul edilə bilər, çünki məhz 4 iyulda ABŞ-də Müstəqillik Günü qeyd olunur. Üstəlik, bu il ölkə Müstəqillik Bəyannaməsinin qəbul edilməsinin 250 illiyini bayram edir. ABŞ Prezidenti Donald Trampın da yubiley münasibətilə xalqa müraciətlə çıxış etməsi gözlənilir.

Reportajda həmçinin qeyd olunur ki, dəfn mərasiminin Məhərrəm ayında keçirilməsi ona əlavə dini və siyasi əhəmiyyət qatır. 

Qeyd edək ki, vida mərasimləri təkcə İranda deyil, İraqın Nəcəf və Kərbəla şəhərlərində də keçiriləcək. Sabiq rəhbərin cənazəsi iyulun 8-də İraqa aparılacaq. İyulun 9-da isə Ayətullah Seyid Əli Xamenei öz vəsiyyətinə uyğun olaraq Məşhəd şəhərində torpağa tapşırılacaq.

Xatırladaq ki, 86 yaşlı Əli Xamenei fevralın 28-də Tehrana aviazərbələr nəticəsində həlak olmuşdu.