İranın mərhum Ali Lideri Ayətullah Seyid Əli Xameneinin cənazəsi Məşhəd şəhərinə aparılıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Onun dəfn mərasiminin yerli vaxtla saat 14:00-da (Bakı vaxtı ilə 14:30-da) başlaması planlaşdırılır.
Yerli sakinlərin Xameneinin dəfn mərasimindən əvvəl camaat namazı qıldığı bildirilir.
***
Məşhəd şəhərində İranın mərhum Ali Lideri Əli Xameneinin dəfn mərasimi keçirilir.
“Qafqazinfo” xarici mətbuata istinadən xəbər verir ki, Xameneinin cənazəsi ilə matəm yürüşü Məşhədin əsas küçəsi olan İmam Rza küçəsi ilə dəfn yerinə doğru hərəkət edir.
Yürüşə qırmızı bayraqlar və Xameneinin portretləri ilə qatılmış sakinlər müxtəlif şüarlar səsləndirirlər.
***
TASS-ın məlumatına görə, İranın mərhum Ali Lideri Əli Xamenei dəfn doğulduğu Məşhəd şəhərində dəfn olunub.
Onun cənazəsi İmam Rza məqbərəsində torpağa tapşırılıb.
Bildirilir ki, mərasimə yüzminlərlə insan qatıldığı üçün təşkilatçılar dəfn kortejinin marşrutunu dəyişmək məcburiyyətində qalıblar.
İzdiham səbəbindən tabut məqbərəyə helikopter vasitəsilə çatdırılıb.
Məqbərənin ərazisində Əli Xamenei və onunla birlikdə həlak olmuş ailə üzvləri üçün cənazə namazı qılınıb. Bundan sonra yalnız yaxın qohumların iştirakı ilə qapalı dəfn mərasimi keçirilib.

Son xəbərlər
Son Xəbərlər