Vurdurduğu dolğu bədəninə yayıldı - Vəziyyəti ağırdır

vurdurdugu-dolgu-bedenine-yayildi
Oxunma sayı: 1085

Keçən il beşinci dəfə əməliyyat keçirən türkiyəli influenser Danla Biliç təcili əməliyyat olunub.

“Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, hazırda onun vəziyyətinin kritik olduğu ilə bağlı iddialar yayılıb.

Məlumata görə, influenser illər əvvəl etdirdiyi omba əməliyyatından sonra yaranan infeksiya səbəbindən yenidən əməliyyata girib.

Qeyd edək ki, Danla Biliç daha əvvəl də omba əməliyyatından sonra ciddi sağlamlıq problemləri yaşadığını açıqlamışdı. Biliç sürətli arıqlamadan sonra vurdurduğu dolğunun zamanla bədəninə yayıldığını və bir neçə dəfə əməliyyat keçirməyə məcbur olduğunu bildirmişdi.