Ukrayna Voroneji vurdu - Ölən və yaralananlar var

ukrayna-voroneji-vurdu
Oxunma sayı: 1668

Ukrayna ordusu Rusiyanın Voronej şəhərinə “Storm Shadow” qanadlı raketləri ilə güclü zərbə endirib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə “RBK-Ukraina”ya istinadla xəbər verir ki, hücum nəticəsində 5 nəfər ölüb, onlarla insan yaralanıb.

İlkin məlumatlara görə, hücumun əsas hədəfi bir sıra ölkələrin sanksiya siyahısında yer alan Voronej Yarımkeçirici Cihazlar zavodu olub. Bu müəssisə Rusiya raketlərinin (o cümlədən “İskəndər” və “Kalibr”), radiolokasiya stansiyalarının və S-400 kimi HHM komplekslərinin idarəetmə sistemlərində istifadə olunan mikrosxemlər, diodlar və tranzistorlar istehsal edir.

Voronej vilayətinin qubernatoru Aleksandr Qusev şəhər üzərində bir neçə “yüksəksürətli hava hədəfi”nin məhv edildiyini və hücuma məruz qalan müəssisədə güclü yanğın başladığını bildirib:

“Alov bir neçə saat ərzində söndürülsə də, hazırda xilasedicilər dağıntılar altında axtarış və təmizləmə işləri aparır. Hadisə zamanı onlarla insan tibbi yardım üçün müraciət etsə də, onların əksəriyyətinin xəstəxanaya yerləşdirilməsinə ehtiyac qalmayıb”.

Qeyd edək ki, zərbələr nəticəsində şəhərdəki bir sıra infrastrukturlar zərər görüb.