Ukrayna Prezidenti Volodimir Zelenski İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində ABŞ Prezidenti Donald Tramp ilə baş tutan görüşünü “məhsuldar və mənalı” adlandırıb.
“Qafqazinfo” xəbər verir ki, dövlət başçısı danışıqların təfərrüatlarını öz teleqram kanalında paylaşıb.
Zelenski bildirib ki, Ukraynadakı münaqişənin həlli ilə bağlı sənədlər artıq tam hazır vəziyyətə gətirilib:
“Trampla yaxşı, məhsuldar və məzmunlu görüş keçirdik. Sülh planı ilə bağlı sənədlər daha da təkmilləşdirilib”.
Həmçinin görüş zamanı Ukrayna üçün həyati əhəmiyyət kəsb edən hava hücumundan müdafiə (HHM) sistemlərinin tədarükü məsələsi də əsas müzakirə mövzularından biri olub. Zelenski Amerika liderinə HHM sistemləri üçün göndərilən əvvəlki raket paketinə görə təşəkkür edib və ölkəsinin müdafiə qabiliyyətinin daha da gücləndiriləcəyinə ümidvar olduğunu bildirib.
Xatırladaq ki, yanvarın 22-də baş tutan və bir saatdan az davam edən görüşdən sonra liderlər mətbuat konfransı keçirməyiblər.
Son xəbərlər
Son Xəbərlər